Bizim haqqımızda.

AT&S 19 il ərzində layihə – dizayn sferasında öz yerini möhkəmləndirmişdir. Bu müddət ərzində şirkətimiz öz yerini uğurla ələ keçirdi və yüksək peşəkar səviyyədə xidmətlər təklif edir. Bu illər ərzində müxtəlif profillər üzrə yüksək ixtisaslı mütəxəssislərdən ibarət mükəmməl bir heyyət seçdik. Bu komanda ən mürəkkəb problemləri bir neçə üsulla həll edə bilirlər. Bu gün “AT və S” dedikdə 80 – dən çox ixtisaslaşmış mühəndis heyyəti başa düşülür.
Müxtəlif sahələrdə layihələr – sənaye, mülki və ictimai layihələr, dizayn konsepsiya həlləri yaradırıq. Biz layihələri həm klassik üslubda, həm də digər memarlıq üslublarının qarışıq vəhdətilə hazırlaya bilirik. Cəsarətli və qeyri-standart həllərdən qorxmuruq, işlərimizdə vicdanla və ruh yüksəkliyi ilə çalışırıq. Nəticədə müştərilərimiz bizdən arzu etdikləri layihəni əldə edirlər.

XİDMƏT sahələrimiz

- Memarlıq layihələri
- Sənaye obyektlərinin layihələri
- İctimai obyektlərin layihələri
- Yaşayış binalarının layihələri
- Müasir daxili dizayn
- Layihələrə rəhbərlik etmək və konsaltinq
- Elektrik təchizatı layihələri
- Su təchizatı və kanalizasiya layihələndirilməsi
- Havalandırma vəisitmə sismetlərin layihələndirilməsi
- Zəif cərəyan sistemlərinin layihələndirilməsi
- Ərazinin topoqrafiya və geologiya işləri

BİZİM LAYİHƏLƏR.

Layihələrimiz təkcə Azərbaycanda deyil, Gürcüstan, Rusiya, Qazaxıstan, Moldova, Serbiya, Əlcəzair, İraq, Əfqanıstan və qardaş Türkiyə kimi ölkələrdə də tanınmışdır.
Biz müxtəlif çətinlik dərəcəli və göz oxşayan layihələr hazırlaya bilirik.
Bizim layihələr müştərimizi razı salır, göz oxşayır, hətta, kənardan baxan insanlarda da heyranlıq hissi yaradır.

BİZİM tərəfdaşlarımız.

Uzun müddətdir ki, “AT və S” şirkətinin yaxın və etibarlı tərəfdaşları tikinti şirkəti “Kaizen” MMC, reklam və dizayn sahəsində uğurla fəaliyyət göstərən `deadline` – dir.
AT&S eyni zamanda Serbiyanın konsaltinq şirkəti “Seven Dots” - un, Türkiyənin tikinti şirkəti “Sistem Inshaat” - ın və Serbiya mebel firması olan “Enterijer Jankovic'in rəsmi nümayəndəsidir.